Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Lenovo” rekord qırıb
Çinin “Lenovo” şirkəti 31 mart 2013-cü ildə başa çatmış 2012-2013-cü maliyyə ilinin yekunlarını açıqlayaraq bir neçə rekorda imza atıb.
“ICTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən bildirir ki, illik satışların həcmi 34 milyard dollarlıq rekord səviyyəyə çatmaqla ilin-ilə nisbətində 15 faiz artıb. Mənfəət də şirkətin tarixi ərzində ilk dəfə olaraq 635 milyon dollarlıq maksimal həddə yüksəlib.
Ötən maliyyə ili ilə müqayisədə göstərici 34 faiz artıb. IDC analitik şirkətinin hesablamalarına əsasən, “Lenovo” tədarük həcminə görə dünyada ikinci, ABŞ-ın “HP” şirkəti isə birinci fərdi kompüter istehsalçısıdır.
2012-2013-cü maliyyə ilində Lenovo kompüterlərinin tədarükü 10,2 faiz artıb, ilin yekunları üzrə artım tempi bütün istehsalçıları geridə qoyub.
24/05/13 Çap et