Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Türkiyədə “elektron hökumət”lə bağlı təcrübə mübadiləsi aparılıb


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Beynəlxalq əlaqələr sektorunun baş məsləhətçisi Anar Zeynalov Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) İnstitusional islahatlar və yaxşı idarəçilik üzrə İşçi Qrupunun növbəti iclasında iştirak edib.

"ICTnews" elektron xəbər xidmətinə komissiyadan verilən məlumata görə, tədbirə Azərbaycanla yanaşı, Gürcüstan, Yunanıstan, Rumıniya, Türkiyə respublikalarının, Ukraynanın, Rusiya Federasiyasının və digər dövlətlərin nümayəndələri də qatılıblar. Tədbirin keçirilməsində əsas məqsəd 2011-2013-cü illər üçün nəzərdə tutulmuş Fəaliyyət Planının həyata keçirilməsi, insan resurslarının idarə edilməsi, "elektron hökumət", şəffaflıq və korrupsiyaya qarşı mübarizə və digər sahələrdə üzv dövlətlər tərəfindən aparılan islahatlar, əldə edilən nailiyyətlər və qarşıya çıxan problemlər üzrə təcrübə mübadiləsi olub.

Tədbirin sonunda növbəti görüşün tarixi və yeri müəyyən edilib və tədbirin hesabatı qəbul edilib.

CAHANGİR




25/05/13    Çap et