Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

VII sinif “İnformatika” dərsliyi müzakirə edilib


Respublikanın ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “İnformatika” dərsliyinin müzakirəsi keçirilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, müzakirə zamanı dərsliyin məzmunu, dil və üslubu, bədii tərtibatı, sual və tapşırıqların məzmuna uyğunluğu barədə fikirlər bildirilib və təkliflər verilib.

Qeyd edək ki, növbəti seminar iclasında respublikanın ümumtəhsil məktəblərinin 8-ci siniflərində istifadədə olan “İnformatika” dərsliyinin müzakirəsi aparılacaq.

CAHANGİR




25/05/13    Çap et