Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Almaniyada işlək “Apple-1” kompüteri 516 min avro qiymətinə satılıb
Ötən həftənin şənbə günü Almaniyanın “Breker” hərrac evi işlək “Apple-1” kompüterlərindən birini 516 min avro (671400 dollar) qiymətinə satıb.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, ekspertlərin fikrincə, hazırda dünyada 44 ədəd “Apple-1” kompüteri var və onların yalnız altısı hələ ki işləkdir.
Xatırladaq ki, “Apple-1” kompüterləri “alma” şirkətinin həmtəsisçisi Stiv Voznyak tərəfindən yığılıb və Stiv Cobs tərəfindən 666,66 dollar satılıb. Cəmisi 200 ədəd “Apple-1” kompüteri istehsal edilib və onların hər birini “müşayiət edən” məktubda Stiv Cobs əsilliyinə zəmanət verirdi. Satılmış model 1978-ci il yanvarın 19-da istehsal edilib.
Emil Hüseynov
27/05/13 Çap et