Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mən Azərbaycanlıyam” milli bilik yarışmasına start verildi


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ilk dəfə olaraq "Mən Azərbaycanlıyam" milli bilik yarışması internet məkanında təşkil olunur. Yarışmanın məqsədi milli-mədəni irsimizin tanıtımı və təbliğidir.

Yarışma iştirakçıları oyunun veb-saytı "" www.azerbaycanliyam.az" və "Facebook" səhifəsi vasitəsilə yarışmaya qoşulma imkanı əldə edəcəklər. 27.05.2013-cü il tarixindən yarışmada iştirak üçün veb-saytda qeydiyyatdan keçmək mümkün olacaq.

Cari il iyunun 1-dən başlayacaq yarışma dekabr ayının 1-dək davam edəcək və hər 10 gündən bir ilk onluğa düşən iştirakçıların hər biri netbuk, ilk 100-yə düşənlər isə mobil operatorların 10 manatlıq danışıq kartlarını əldə edəcək.

Ayın qaliblərinə "iPhone" və "iPad", super finalın qaliblərinə pul mükafatları təqdim olunacaq. Super finalın qalibi əgər İKT ixtisası üzrə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" ilə müəyyən olunan universitetin magistr pilləsinə daxil olarsa, pul mükafatı əvəzinə RİTN-də yaradılmış "İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu" tərəfindən təhsil haqqı ödənilə bilər.

Super final 2013-cü il dekabr ayının birinci həftəsində keçiriləcək və bütün iştirakçılar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən müəyyən olunmuş məkanda toplanaraq öz aralarında yarışaraq, 3 qalib müəyyən olunacaq.




29/05/13    Çap et