Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni nanofiltr suyu zərərli maddə və bakteriyalardan təmizləyəcək
Stenford Universitetinin əməkdaşları bu yaxınlarda nanotexnologiyalar əsasında yaradılmış filtrin köməkliyi ilə suyun təmizlənməsi üçün yeni texnologiya hazırladıqlarını bəyan ediblər.
Alimlər bildiriblər ki, nanozərrəciklərin köməkliyi ilə suyun təmizlənməsi sistemləri bundan əvvəl da hazırlanıb, lakin onların hamısı eyni problemlə - nanozərrəciklərin istifadəsindən sonra onları suyun tərkibindən effektiv silmək praktik olaraq mümkün deyil. Yeni filtr isə maqnit sahəsinə reaksiya verir və bu da nanozərrəcikləri effektiv şəkildə silməyə (özünə doğru çəkməyə) imkan yaradır.
"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, mütəxəssislər tərəfindən keçirilmiş ilk təcrübənin yekununa əsasən, yeni texnologiya bir neçə litr suyu təmizləməyə və 20 dəqiqə müddətində bağırsaq çöpü bakteriyalarının 99,9% -ni məhv etməyə imkan verir və bundan sonra nanozərrəciklər sudan maqnitin köməkliyi ilə 5 dəqiqə müddətində toplanılır.
Emil Hüseynov
27/05/13 Çap et