Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” çaşdı


“Samsung” şirkəti öz saytında təsadüfən “Galaxy S IV mini” (GT-I9195) smartfonunun fotosunu dərc edib. Qeyd edək ki, sözügedən aparat hələ ki rəsmən təqdim edilməyib. “RedmondPie” saytı yazır ki, mobil qurğular üçün tətbiq axtarışı zamanı mobil aparatı görmək mümkün olub.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Galaxy S IV” aparatının fotosu artıq saytdan çıxarılıb.

Xatırladaq ki, son məlumatlara əsasən, “Galaxy S IV mini” aparatı “qHD” təsvir ölçülü 4,3 düymlük ekran, 1.6 QHs takt tezlikli ikinüvəli prosessor, 1 QB əməli yaddaş (LTE versiyada 2 QB), 8 meqapiksellik əsas kamera və “Android 4.2.2” əməliyyat sistemi ilə təchiz edilib.

Emil Hüseynov




27/05/13    Çap et