Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” və “Google” şirkətləri “YouTube” üçün əlavələr üzərində işləyirlər
“Google” “Microsoft” “Windows Phone” üçün “YouTube” əlavələri üzərində işləyir. «ICTnews» xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Microsoft” bildirib ki, bu həftə yenilənmiş “YouTube” əlavəsini təqdim edib.
Lakin “Google” rəqibinin bütün tələbləri yerinə yetirmədiyini bildirib. Öncədən “Google” şirkətinin “Microsoft”a cəmi iki tələbi var idi: o videonu yükləyərək oflayn rejimində baxmağa imkan verirdi və eyni zamanda videodan öncə reklam çarxlarını ləğv edirdi. “Microsoft”da bildiriblər ki, “Google” şirkətinin ilkin şikayətindən sonra, reklamla bağlı problem aradan qaldırıldı, amma burada bir problem qaldı:
“Google” açıq şəkildə, istənilən “YouTube” əlavəsi tərtibatçısına videonu reklamsız göstərməyə imkan verən API təqdim edir. Hazırda “Microsoft”un əlavələri “YouTube”-dan kontent yükləməyə imkan vermir, lakin o, hələ də reklam göstərmir.
“Microsoft”un “YouTube” üçün hazırladığı ilk əlavə sadə işləyirdi: o, “YouTube” mobil versiyasını əks edirdi, ona tamekranlı baxmaq imkanı əlavə edirdi və bir az öncə baxılan videolar haqda məlumat əlavə edirdi. “Google”-da deyirlər ki, onların hazırladığı proqram versiyası, “Google” akkauntları ilə birləşdirilə biləcək tammiqyaslı əlavə olacaq, müvafiq olaraq istifadəçilər eyni əməliyyatları həyata keçirə biləcəklər və əlavə olaraq videoçarxlara şərh yaza biləcəklər.
Baxmayaraq ki, “Google” və “Microsoft” bir-birinə qarşı böyük loyallıq nümayiş etmirlər, bu dəfə onlar “Windows Phone” üçün “YouTube” əlavəsinin üzərində birgə işlədikləri haqda bəyanatla çıxış ediblər.
Aynur Vəliyeva
27/05/13 Çap et