Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mərakeşdə ailələrin 33%-i internetə qoşulub
Krallığın İnformasiya naziri Əl-Xəlfi deyib ki, ötən il Mərakeş əhalinin internetə çıxış imkanını təmin etməkdə kəskin sıçrayış edərək bu göstərici üzrə 77-dən 30-cu yerə yuvarlanıb.
“ICTnews.az” elektron xəbər xidməti “tasstelecom.ru” saytına istinadən bildirir ki, onun sözlərinə görə, hazırda 12.6 milyon mərakeşli müntəzəm olaraq qlobal şəbəkəyə çıxır. Artıq ölkədə yaşayan ailə və ev təsərrüfatlarının 39%-i internetə qoşulub.
Yerli mütəxəssislər qeyd edirlər ki, ölkə sakinləri arasında virtual şəbəkənin populyarlığının sürətli artması onların kitab oxumağa marağını azaldıb. Gənc mərakeşlilərin əksəriyyəti internet üzərindən əldə etdikləri informasiyaya televiziya kanalları və qəzetlərlə müqayisədə daha çox etibar edirlər.
Emil Hüseynov
27/05/13 Çap et