Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
Çin hakerləri Gmail poçt xidmətinin bir neçə yüz istifadəçisinin, həmçinin, yüksək vəzifəli Amerika məmurlarının siyasətçilərinin hesablarını sındırıblar.
Sındırılmış hesabların bütün istifadəçilərinə haker hücumu haqqında məlumat verilib. Google-nin fikrincə, bu hadisənin Çin hakerlərinin 2009-cu ilin sonu, 2010-cu ilin əvvəlindəki daha ciddi kiberhücumları ilə heç bir əlaqəsi yoxdur, o zaman Çin hakerlərinin hədəfi şirkətin təhlükəsizlik sistemi idi.
Son zamanlar belə kiberhücumların arxasında Koreya Xalq Respublikası hökumətinin olması haqqındakı məlumatlar vəziyyəti bir qədər pisləşdirib. Bildirilib ki, Çin ordusunun xüsusi bölmələri Koreya Xalq Respublikası Silahlı Qüvvələrinin məlumat şəbəkəsinə haker hücumları təşkil edir və belə üsulla öz idarə sistemlərinin müdafiəsində Çinin Xalq-xilaskar ordusunun hazırlığını yüksəldirlər.
Koreya Xalq Respublikası Müdafiə Nazirliyi nümayəndələrinin fikrincə, informasiya şəbəkələrinin müdafiəsinin gücləndirilməsi səviyyəsinin artımı qoşunların döyüş hazırlığının tərkib hissəsidir.
02/06/11 Çap et