Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən nazik smartfonu təqdim edilib


“Umeox” şirkəti dünyanın ən nazik smartfonunu hazırladığını bəyan edib. “X5” modelinin qalınlığı cəmisi 5,6 millimetrdir.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, internetdə qurğunun yalnız fotoları yerləşdirilib. Təəssüf ki, şirkət smartfonun xüsusiyyətlərini açıqlamayıb.

Yalnız məlumdur ki, “Umeox X5” smartfonu “Android 4.2.2” platforması ilə işləyir və onun satışları bu ilin iyulunda başlayır.

Emil Hüseynov




29/05/13    Çap et