Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda tədbirlər onlayn formada canlı yayımlanır


Bakıda «Milli Marketinq Forumu 2013» öz işinə başlayıb. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, forumda bir çox şirkətlərin marketoloqları iştirak edir.

Azərbaycanda ilk dəfə olaraq bu tədbir onlayn canlı yayımlanır. Bu xidməti isə “www.myvideo.az” saytı təqdim edir. Maraqlananlar forumun işini canlı izləməklə yanaşı, istədiyi vaxt videoyazıdan da yararlana bilər.

“MYVIDEO.AZ” videoportalı tədbirlərdən onlayn-videoyayım (Webcast) xidmətini təqdim edir. Yayım real vaxt rejimində həyata keçirilir. Yayımın müddətini və qoşula biləcək (online) abonentlərin sayını isə istifadəçilər özləri seçə bilir. Videogörüntünün keyfiyyəti HD formata (720p) qədər artırıla bilər.

SEYMUR




29/05/13    Çap et