Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda keçirilən Virtual Birja Müsabiqəsi başa çatıb


Paytaxt Bakıda reallaşan Virtual Birja Müsabiqəsi başa çatıb. Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə Təşkilat komitəsindən məlumat verilib.

Komitədən bildirilib ki, Özyeğin Universiteti və «ATIG Menkul Değerler»in əməkdaşlığı ilə təşkil olunan və 8 aprel - 6 may tarixlərində keçirilən müsabiqənin yekunları iyunun 3-də elan olunacaq.

Həmin gün Bakı Biznes Mərkəzində qaliblər mükafatlandırılacaq. Qeyd edək ki, müsabiqədə 166 məktəbli və tələbə iştirak edib. Məlumat üçün bildirək ki, tədbirdə İqtisadi İnkişaf, Təhsil nazirlikləri, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), AMEA-nın İqtisadiyyat İnstitutu, Türkiyənin Özyeğin Universiteti, bu ölkənin Azərbaycandakı səfirliyi iştirak edəcək.

SEYMUR




29/05/13    Çap et