Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Opera” kompüterlər üçün yeni brauzer təqdim edib
Norveçin “Opera Software” şirkəti masaüstü kompüterlər üçün “Opera Next” brauzerini təqdim edib. Tərtibatçıların sözlərinə görə, brauzer "sıfırdan" hazırlanıb və “Blink” mühərriki və “Chromium” açıq layihəsinə əsaslanır.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Opera Next” brauzeri sələfindən incə tərtibatı, "Ekspress-panellər"in, veb-səhifələrə əlfəcin və "Tövsiyələr"in (xəbər xətti) mövcudluğu ilə fərqlənir. Bundan başqa, poçt müştərisi brauzerdən ayrılıb.
Artıq onu ayrıca yükləmək və quraşdırmaq mümkündür. Yeni poçt müştərisi “Opera Mail” adlanıb. Brauzerdə axtarış sətri ünvan sətri ilə birləşdirilib. Sevimli səhifəyə keçid üçün onun adının ilk hərflərini daxil etmək kifayətdir.
Emil Hüseynov
29/05/13 Çap et