Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BMT Baş Katibinin İnformasiya Texnologiyaları üzrə müşaviri Bakıya gəlir


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvəti ilə BMT İnformasiya Texnologiyaları Birliyinin Baş Katibinin İnformasiya Texnologiyaları üzrə müşaviri, YUNESKO-İTU Broadband komissarı, Digital UN təşəbbüsünün rəhbəri, Global Partnership təşkilatının rəhbəri Amir Dossal iyun ayında Azərbaycanda səfərdə olmağı planlaşdırır.

Amir Dossal CNN sahibi Ted Törnerin BMT Fonduna göstərdiyi 1 milyard dollar dəyərindəki maliyyə yardımının koordinatoru olub, 2005-ci ildə yaradılmış BMT Demokratiya Fondunun rəhbərliyini edib. Amir Dossal Monako şahzadəsi II Albert tərəfindən Qlobal Sülh səfiri təyin olunub.




30/05/13    Çap et