Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Smartfon tətbiqləri vaxta qənaət etməyə imkan yaradır
"Harris Interactive" analitik şirkətinin məlumatına əsasən, mobil tətbiqlər sayəsində smartfon istifadəçiləri gün ərzində 88 dəqiqə və ya ildə 22 günə qənaət edirlər. Sorğuda 2120 insan iştirak edib və onlardan 971-i smartfona malik olub.
Tədqiqatın yekununa əsasən məlum olub ki, "ağıllı mobil telefon" sahiblərinin 97%-i cihaza quraşdırılmış ən azı bir tətbiqdən istifadə edir.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, elektron poçtu yoxlamaq, mətn mesajları ilə mübadilə və sosial şəbəkələrdə ünsiyyət üçün tətbiqlər ən populyar tətbiqlərdir. Mobil oyunlar, brauzerlər, hava haqqında məlumat əks etdirən, naviqasiya və kartoqrafiya xidmətləri və təqvim tətbiqləri, həmçinin populyardırlar.
Respondentlərin fikrinə əsasən, messencerlər gün ərzində orta hesabla 53 dəqiqəyə qənaət etməyə imkan verir.
Müqayisə üçün, istifadə tezliyinə görə liderlik edən poçt müştəriləri gündəlik 35 dəqiqə, sosial şəbəkələr üçün tətbiqlər isə 25 dəqiqəyə qənaət etməyə imkan verir.
Emil Hüseynov
30/05/13 Çap et