Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” televiziya şirkətlərinə sərmayə qoymaq niyyətindədir


“Twitter”in baş direktoru Dik Kostolo bildirib ki, televiziya şirkətləri - mikrobloqlar servisi üçün qiymətli tərəfdaşlardır və “Twitter” onlara müvafiq şəkildə investisiya qoymaq niyyətindədir. “ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, D. Kostolo bildirib ki, "Twitter” – televiziyanın sosial əlavəsidir.

“Biz bu sahəyə aktiv investisiya yatırmaq qərarına gəlmişik. Bir neçə sahə var ki, harada biz yayım şirkətləri ilə uğurlu əməkdaşlıq edə bilərik", - deyə D. Kostolo bildirib. Xatırladaq ki, öncə “Twitter” bəyan edib ki, 2014-cü ilədək mədaxilini 1 milyard dollaradək artırmaq niyyətindədir. Bu proqramın həyata keçirilməsi çərçivəsində şirkət videonun dəstəklənməsini əlavə edib, mayın əvvəlində isə “NBA” və “ESPN” və “Walt Disney” media şirkətləri ilə tərəfdaşlığın başlanması haqda bildirib.

Bununla eyni vaxtda, mikrobloqlar servisi istifadəçilər üçün təhlükəsizlik sistemlərinin inkişafına sərmayə qoymaq niyyətində olduğunu bildirib.

Xatırladaq ki, analitiklər “Twitter”in kapitallaşmasını 10 milyard dollara qiymətləndirirlər.

Aynur Vəliyeva




30/05/13    Çap et