Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Ev alqı-satqısı və kirayəsi” üçün “118” -ə zəng edin
“118” Məlumat - sorğu xidməti yeni “Ev alqı-satqısı və kirayəsi” xidmətini istifadəyə verib.
“ICTnews” elektron xəbər xidmətinin adıçəkilən xidmətə istinadən verdiyi məlumata görə, indi ev almaq və ya satmaq, həmçinin kirayə ev axtaran və ya evini kirayə vermək istəyən istifadəçilər sadəcə olaraq 118 xidməti ilə əlaqə yaratmaqla öz kriteriyalarına uyğun ən optimal variantlarla tanış olub seçim edə bilərlər.
“Ev alqı-satqısı və kirayəsi” xidmətindən yaralananlar bir sıra üstünlüklərdən də faydalana biləcəklər. Belə ki, sözügedən xidmət vasitəsilə ev alan şəxslərə mətbəx mebeli hədiyyə olunacaq. Həmçinin ev satan şəxsə evin köçürülməsi “118” xidmətinin partnyoru tərəfindən hədiyyə ediləcək.
CAHANGİR
30/05/13 Çap et