Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” şirkəti sosial şəbəkədə ekstremizmlə mübarizəni möhkəmləndirəcək
"Facebook" rəsmisi etiraf edib ki, şirkət eyniadlı sosial şəbəkədə ekstremizmin yayılmasına qarşı effektiv mübarizə apara bilmir. "Yolverilməz fikirlərdən ibarət yazıların müəyyən edilməsi və aradan qaldırılması sistemi gözlədiyimiz kimi effektiv işləmir" – o deyib.
"ICTnews.az" elektron xəbər xidməti "rg.ru" saytına istinadən bildirir ki, şirkət yaxın vaxtlarda adıçəkilən problemi aradan qaldıracağına söz verib.
Qeyd edək ki, 2013-cü ilin birinci rübündə "Facebook"un auditoriyası 1,11 milyard insan olub.
Emil Hüseynov
30/05/13 Çap et