Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ARDNŞ-ə işə qəbul üçün elektron formada müraciət etmək olar
Vətəndaşlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) işə qəbulla bağlı elektron qaydada müraciət edə bilərlər.
“ICTnews” elektron xəbər xidmətinin ARDNŞ-ə istinadən verdiyi məlumata görə, şirkətin idarə və müəssisələrinə yeni vakansiyalar üzrə işçi qəbuluna başlanılıb. İşə qəbul olunmaq istəyən şəxslər bu gündən şirkətin www.socar.az korporativ veb-səhifəsinin “Karyera” (careers.socar.az) bölümünün “İşə qəbul” bölməsinin “Vakansiyalar” panelinə daxil olmalı, bilik və bacarığına uyğun vakansiyanı seçərək vahid elektron müraciət formasını doldurmalıdırlar.
Xatırladaq ki, şirkətin idarə və müəssisələrinə işçilərin qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə 2 mərhələdən ibarətdir.
Müsabiqənin birinci mərhələsi test imtahanı (peşə sınaq imtahanı), ikinci mərhələsi isə mütəxəssislərdən ibarət komissiya tərəfindən keçirilən fərdi müsahibədən ibarətdir. Birinci mərhələni uğurla başa vuran namizədlər 2-ci mərhələdə iştirak etmək hüququ qazanırlar.
CAHANGİR
30/05/13 Çap et