Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti dünyanın “ən ağıllı” smartfonunu buraxmağı planlaşdırır


"Google" şirkəti, istifadəçilərə şəbəkədə iş zamanı daha yüksək səviyyədə intellekt və yeni yığım soft təqdim edən qurğunun köməkliyi ilə növbəti dəfə smartfon bazarında "Apple" şirkətinə hücum etməyə hazırlaşır. "ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, yeni qurğu "Motorola" brendi altında buraxılacaq və onu "Motorola Mobility" törəmə şirkəti istehsal edəcək. Yeni qajet "MotoX" adı daşıyacaq və tam olaraq ABŞ-da istehsal ediləcək.

"Google"-da deyirlər ki, yeni qurğunun istehsalı, Çində yığılan qurğulardan, daha baha başa gəlsə belə, "Google" loqistika sayəsində qənaət etmək niyyətindədir. Bundan başqa, şirkət vəd edir ki, "MotoX" aşağı səviyyəli marja ilə satılacaq, bu isə "Apple" şirkətinin siyasəti ilə ziddiyyət yaradır. Yeni qurğu "Google" və "Motorola" şirkətlərinin birgə səyləri nəticəsində yaradılır.

"MotoX" yeni qurğu flaqman aparatlara aid ediləcək və "iPhone"-la yanaşı, "Galaxy S4" və "HTC One" ilə rəqabət aparacaq. İstehsalçı inandırır ki, yeni aparat, mövcud olan qurğulardan fərqli olaraq, daha çox sayda qurğularla qarşılıqlı əlaqə yarada biləcək və smartfon öncədən istifadəçinin ehtiyacları haqda xəbər tutacaq. Smartfonda, qurğuya daim nəzarət edən sensorlar mövcud olacaq (qiroskop və akselerometr), buna görə də smartfon cibdə, avtomobildə və ya masa üstündə olduğunu biləcək. Bunun əsasında, telefon ayrı-ayrı əlavələri aktivləşdirməyi təklif edəcək.

"Motorola"da söz verirlər ki, onların aparatı "iPhone 5"-dən ucuz olacaq və yuxarı qiymət səviyyəli smartfonlarda olan funksionala kütləvi istifadəçinin qoşulmasına imkan verəcək.

Sonda bu aparat digər istehsalçıları da qiymətlərini azaltmağa vadar edəcək. Şirkət başçısı deyir ki, aparat özü-özlüyündə Texasda yığılacaq, onun komponentlərinin 70%-i isə Asiyadan gətiriləcək.

Aynur Vəliyeva




30/05/13    Çap et