Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin ABŞ-ın ən yeni silahları haqqında informasiyanı oğurlamaqda ittiham edilir


Çin ABŞ-ın ən yeni silahları haqqında informasiyanın oğurlanması ilə bağlı ona qarşı irəli sürülmüş ittihamları inkar edir.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Çin Xalq Respublikasının (ÇXR) Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Qen Yanşen bu gün keçirilmiş mətbuat konfransında müvafiq bəyanatla çıxış edib. "Hesab edirik ki, Amerika tərəfinin bəyanatlarında yanlışlıq var.

Birincisi, Pentaqonun informasiya təhlükəsizliyinin təmin edilməsini saxlayan sistemlərin imkanları, ikincisi, Çin xalqının intellektual imkanları aşağı salınır" – diplomat deyib. "Çin dövlətin təhlükəsizliyinin təmini üçün zəruri silahların yaradılması üçün bütün imkanlara malikdir" – Qen Yanşen deyib.

Emil Hüseynov




30/05/13    Çap et