Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
AMEA Radiasiya Problemləri İnstitutunun rəsmi saytı istifadəyə verilib
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA ) Radiasiya Problemləri İnstitutunun "www.irp.science.az" saytı istifadəyə verilib.
AMEA-dan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək saytda institut haqqında ümumi məlumat, strukturu, xəbərlər, nəşrlər, simpozium və konfranslar, rəsmi sənədlər, hesabatlar, layihələr, beynəlxalq fəaliyyət, innovasiya fəaliyyəti, foto qalereya və s. bölmələr üzrə ətraflı məlumat əldə etmək mümkündür. Sadə dizayna və axtarış sisteminə malik olan saytın funksionallığı müasir tələblərə cavab verir.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İTİ) "İKT ili" ilə bağlı Tədbirlər Planı çərçivəsində Radiasiya İnstitutu ilə yanaşı, AMEA-nın daha 8 institutunun fiber-optik kabellər vasitəsilə "AzScienceNet"-ə qoşulmasının təmin edilməsi nəzərdə tutulur.
Bu, AMEA-nın Naxçıvan bölməsi, Zoologiya İnstitutu, Azərbaycan Tarixi Muzeyi, Aşqarlar Kimyası İnstitutu, Botanika və Mikrobiologiya İnstitutu, Lənkəran, Şəki Regional Elmi mərkəzləri və Neft-Kimya Prosesləri institutlarıdır. Bununla yanaşı, AMEA-nın bütün institutlarının İKT təminatı üzrə monitorinqinin aparılması planlaşdırılıb, yəni institutların nə dərəcədə tələb olunan proqram təminatı, şəbəkə avadanlığı, kompüter və s. texniki tələblərə cavab verdiklərini araşdırmaq nəzərdə tutulub.
Aynur Vəliyeva
30/05/13 Çap et