Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Antivirus bazarında müsbət dinamika saxlanılır


2012-ci ilin yekununa görə, kompüter təhlükəsizliyinin təmini üçün qlobal proqram təminatı bazarında mədaxil 19,2 milyard ABŞ dolları olub ki, bu da ötən ilin göstəricisini 7.9% üstələyir.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Gartner”in analitiki Rudcero Kontunun sözlərinə görə, 2012-ci ildə istehlak və korporativ səviyyəli təhlükəsizlik proqram vasitələrinə tələbatın artması müşahidə olunub. “McAfee” antivirus şirkətinin yüksək göstəriciləri həmçinin artıma səbəb olub. Bütövlükdə antivirus proqram təminatı bazarı üzrə müsbət dinamika saxlanılır, lakin bəzi regionlarda artım səviyyəsi 10% belə təşkil etməyib.

“Symantec” şirkəti qlobal antivirus bazarında liderliyini qoruyub saxlayıb və onun bazar payı 19,6% təşkil edib. “McAfee” şirkəti antivirus proqram təminatının satışlarından əldə olunan gəlirin həcminə görə ikinci yerdə qərarlaşıb və onun bazar payı 8.8% təşkil edir.

Ötən il öz biznesinin şaxələndirilməsi ilə məşğul olan “Trend Micro” şirkətinin gəliri 2,7% azalaraq 1,17 milyard ABŞ dolları olub. Bununla belə, 6,1% bazar payına malik şirkət ən böyük “oyunçu”ların üçlüyündə yer alıb.

Emil Hüseynov




30/05/13    Çap et