Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ədliyyə sistemində müasir informasiya-kommunikasiya texnologiyaları və elektron xidmətlərin tətbiqi genişləndiriləcək
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq, məhkəmə və ədliyyə orqanlarında fəaliyyətin səmərəliliyinin artırılması, şəffaflıq və aşkarlıq prinsiplərinin genişləndirilməsi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyaları və elektron xidmətlərin daha geniş tətbiqi nəzərdə tutulur.
“ICTnews” elektron xəbər xidmətinə Ədliyyə Nazirliyindən bildirilib ki, son illər respublikada həyata keçirilən genişmiqyaslı islahatlar məhkəmə-hüquq sistemini də əhatə edib:
“Regionların sosial-iqtisadi inkişafına uyğun olaraq, vətəndaşların müraciət imkanlarının asanlaşdırılması məqsədilə yeni regional məhkəmələr və ədliyyə şöbələri yaradılıb. Bu sahədə infrastrukturun müasirləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, qabaqcıl İKT-lərin tətbiqi istiqamətində davamlı tədbirlər həyata keçirilib. Artıq 4 müasir məhkəmə binası istifadəyə verilib, 2 məhkəmə kompleksi və rayon məhkəməsi üçün yeni binaların təməli qoyularaq intensiv tikintisi aparılır”.
HƏQİQƏT
31/05/13 Çap et