Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2017-ci ilədək planetin əhalisinin 50%-i internetdən istifadə edəcək


"Visual Networking Index" (VNI) şirkətinin hesabatına əsasən, dörd il sonra dünya əhalisinin 48%-i internetdən fəal istifadə edəcək. Nəticədə 2012-ci illə müqayisədə qlobal İP trafikin həcmi üç dəfə artacaq. Xatırladaq ki, o zaman planetin əhalisinin 32%-i və 2.3 milyard insan internetdən istifadə edib.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, proqnoza əsasən, 2012-dən 2017-ci ilədək qlobal trafikin həcmi 523 petabaytdan 1,4 zettabaytadək və internetə çıxış imkanına malik qurğuların ümumi sayı isə 12-dən 19 milyardadək artacaq. Bu halda sözügedən dövrdə genişzolaqlı kanallar üzrə şəbəkəyə qoşulmanın orta sürəti 11,3-dən 39 Mbit/s-dək artacaq. Videoməzmunun axın yayımı trafikin artmasına əsas səbəb kimi göstərilir.

"Cisco" şirkətinin proqnozuna əsasən, dörd il sonra sözügedən onlayn xidmətlərin istifadəçilərinin sayı 2 milyard olacaq və onlar ümumilikdə aylıq 3 trilyon dəqiqəlik videoya baxacaqlar.

"Cisco"nun qiymətləndirməsinə görə, 2017-ci ilədək İP trafikin 49%-ni fərdi kompüter (internetə çıxış imkanına smartfonlar, planşetlər, "ağıllı" TV və digər elektronika) sinfinə aid olmayan qurğular yaradacaqlar.

Emil Hüseynov




31/05/13    Çap et