Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows Phone” platforması İT direktorları üçün maraqlıdır


“Frost & Sullivan” analitiklərinin informasiya texnologiyaları sahəsində işləyən 227 mütəxəssis arasında keçirdiyi sorğunun yekununa əsasən, “Windows Phone” platforması istehlak bazarında hələ populyar olmasa da, lakin İT bölmələrin direktorları bu əməliyyat sistemindən (ƏS) iş prosesində istifadə etməyə hazırdırlar.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, tədqiqatın yekununa əsasən, İT direktorların 41%-i yaxın 12-18 ayda “iOS” platformasına keçməyi planlaşdırır. Rəyi soruşulanların 23%-i “Android” platformasının xeyrinə səs verib. Respondentlərin 21%-i isə “Windows Phone” (WP) ƏS-dən istifadə etmək istədiklərini deyiblər.

“Frost & Sullivan” şirkətində İKT tədqiqatlar bölməsinin direktoru Odri Uilyam deyir ki, “WP” platforması “Microsoft” şirkətinin proqram ekosistemi ilə inteqrasiyanı əsas hesab edən İT rəhbərləri üçün mühümdür.

Emil Hüseynov




31/05/13    Çap et