Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyada dünyanın ən hündür teleqülləsindən yayıma başlanılıb


"Kiodo" agentliyinin yaydığı informasiyaya əsasən, bu gün Yaponiyanın "Tokio səma ağacı" adlanan ən hündür teleqülləsindən mərkəzi yapon telekanallarının yayımına başlanılıb. Xatırladaq ki, sözügedən teleqüllə 1 il əvvəl inşa edilib.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, bu günə qədər Yaponiyada televiziya yayımı uzun illər hündürlüyü 333 metr olan Tokio qülləsindən həyata keçirilib. Tokio qülləsi 1958-ci ildə istifadəyə verilib və 1963-cü ilədək dünyanın ən hündür teleqülləsi adını daşıyıb.

Lakin 1963-cü ildə istifadəyə verilmiş Ostankino teleqülləsi liderliyi öz əlinə alıb. 634 metr hündürlüyə malik "Tokio səma ağacı" dünyanın ən hündür telekommunikasiya teleqülləsi kimi "Ginnesin rekordlar kitabı"na salınıb.

Onun antenaları rəqəmli televiziya siqnallarını ötürür, rabitə və naviqasiya qurğularının mobil sistemlərinə xidmət edir.

Emil Hüseynov




31/05/13    Çap et