Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
MSK seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi ilə bağlı qərar qəbul edib
Azərbaycanda vahid seçicilər siyahısının tərtib edilməsi dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasında KİV nümayəndələrinin Komissiyanın Katibliyinin İnformasiya Mərkəzində keçirilən görüşdə bildirilib.
Mərkəzdə ölkə üzrə vahid seçicilər siyahısının yenidən tərtib edilən variantı ilə tanışlıq məqsədi ilə keçirilən tədbirdə qeyd edilib ki, siyahıların çap prosesi ilə bağlı bir sıra texniki yeniliklər edilib və mövcud emal proqramı yenilənib.
«Aprelin 5-dən etibarən Azərbaycan Respublikası üzrə seçicilərin siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə yenidən dəqiqləşdirilərək yenidən tərtib edilib. İlin əvvəlindən başlayaraq davamlı olaraq aparılan bu irimiqyaslı proses artıq yekunlaşıb.
Bu günə olan məlumata görə, ölkə üzrə vahid seçicilər siyahısında 4 986 296 nəfər seçicinin adı var ki, onlardan 49. 40 faizi qadın, 50.60 faizi isə kişilərdir. İlk dəfə səsvermə hüququ əldə edən seçicilərin sayı isə 113 977 nəfərdir». Sonra MSK-da respublika üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib olunaraq Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirməklə ictimailəşdirilməsi barədə qərar qəbul edilib.
SEYMUR
31/05/13 Çap et