Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Spam üzrə hansı ölkə liderdir?
Spamla mübarizə üzrə ixtisaslaşmış "Appriver" şirkətinin bloqunda dərc edilmiş yazıya əsasən, Belorus elektron poçtla göndərilən arzuolunmaz mesajların həcminə görə birinci yerdə qərarlaşıb.
2013-cü il aprelin 13-dən Belorus ərazisindən gündəlik 12 milyondan çox arzuolunmaz mesaj göndərilməyə başlanıb. İlin əvvəlində bu göstərici gündəlik 2 milyon mesaj olub.
"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, Belorus serverlərindən göndərilən mesajların tərkibi bu və ya digər sayta istinadlardan ibarətdir. İstinadlar çox vaxt işləməyən sayt və ya dərmanlar satan əczaçılıq şirkətlərinin səhifələrinə yönəldir. Nadir hallarda istinadlar üzrə zərərli proqram təminatı yayılır.
Aprelin 13-dən Belorus ərazisindən 550 milyondan çox spam mesaj göndərilib. Müqayisə üçün qeyd edək ki, arzuolunmaz mesajların həcminə görə əvvəlki lider ABŞ-da bu göstərici 447 milyon olub. Spamın həcminə görə hazırda vəziyyət aşağıdakı kimidir:
1. Belorus - 16,3%
2. ABŞ - 15,1%
3. Ukrayna - 8%
4. Çin - 5,8%.
Emil Hüseynov
31/05/13 Çap et