Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Mail.ru” elektron poçtunun dizaynını yeniləyib
“Mail.ru” portalı avqust ayının 4-də poçt xidmətinin yeni interfeysini təqdim edib.
Yeni interfeys köhnədən sadə tərtibatla fərqlənir. İnterfeysin bəzi elementlərindən imtina edilib. Poçtun (yeni məktub, poçtun yoxlanılması, ünvan kitabçası) əsas funksiyalarına giriş düymələri digər panelə keçirilib.
“Mail.ru” bildirib ki, yeni poçt köhnədən daha sürətli işləyir: Belə ki, məktubun açılmasına əvvəlkindən fərqli olaraq orta hesabla 2 dəfə az vaxt sərf edilir.
Qeyd edək ki, “Mail.ru” poçt xidməti 1998-ci ilin oktyabr ayında istifadəyə verilib. Avqust ayının 4-də təqdim edilmiş interfeys elektron poçtun görünüşünün ilk ciddi yeniləməsi olub.
05/08/11 Çap et