Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərfon” şirkəti mobil rabitə xidmətlərini təqdim etdiyi təyyarələrin sayını artırır


Azərbaycanın ilk “3G” mobil rabitə operatoru “Azərfon” şirkəti mobil rabitə xidmətlərinin tam çeşidini göstərdiyi təyyarələrin sayını artırmaqda davam edir.

“Azərfon” şirkətindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hazırda artıq mobil rabitə xidmətləri Azərbaycan Hava Yollarının 7 təyyarəsində təqdim edilir. “Yayın sonuna qədər “Azərfon” şirkəti mobil rabitə xidmətlərini daha bir neçə təyyarədə təqdim etmək niyyətindədir”, - deyə şirkətdə bildiriblər.

“Azərfon” şirkətinin İsveçrənin “OnAir” şirkəti və Azərbaycan Hava Yolları QSC ilə birlikdə təşkil etdiyi mobil rabitə xidmətləri gələn ilin ortaları üçün artıq 20 təyyarədə təqdim ediləcək. Təyyarədə zəng edilən zaman, SMS göndərdikdə və internetdən istifadə etdikdə ödəniş rouminq tarifləri ilə həyata keçirilir.

“Azərfon”un “OnAir” şirkəti ilə imzaladığı saziş mobil rabitə xidmətlərini bütün MDB ölkələrində təqdim etməyə imkan verir. Şirkətin xidmətlərin təqdimatında Qazaxıstan və Ukrayna ilə xidmətlərin təşkili ilə bağlı danışıqlar apardığını bildirib.

Gələcəkdə 6 “Embraer” təyyarəsində, 2 “Airbus-A340” və 2014-cü ildə alınacaq “Boeing 787 Dreamliner” təyyarələrində mobil rabitə xidmətləri və “Wi-Fi” şəbəkəsinə qoşulma imkanının təmin ediləcəyi gözlənilir.

Aynur Vəliyeva




31/05/13    Çap et