Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Sazz” ənənəvi yay kampaniyasına başlayır
“Sazz İnternet”in artıq ənənəyə çevrilmiş mövsüm kampaniyası bu il “Yaya Sazzlan” adı altında keçiriləcək. İyun ayının 1-dən sentyabrın 15-nə qədər davam edəcək kampaniya çərçivəsində “Sazz İnternet” mövcud və yeni abunəçilər üçün müxtəlif güzəştli paketlər hazırlayıb.
Mövcud abunəçilər kampaniyanın qüvvədə olduğu müddət ərzində növbəti istifadə haqlarını ödəyərkən əlavə pulsuz internet vaxtı əldə edəcəklər. Belə ki, 60 günlük istifadə haqqını birbaşa ödəyən “Sazz” abunəçilərinə əlavə 7 gün, 90 günlük istifadə haqqını ödəyənlərə əlavə 15 gün, 120 günlük istifadə haqqını ödəyənlərə isə əlavə 30 gün pulsuz internet hədiyyə olaraq təqdim ediləcək.
Beləliklə, faktiki olaraq bu paketlərdən faydalanan abunəçilərə internetdən istifadə haqqı 10-20% daha ucuz başa gələcək. “Sazz” abunəçisi olmaq istəyən yeni müştərilərə gəlincə, “Yaya Sazzlan!” kampaniyasında yer alan paketlər də ötənilkilərdən daha sərfəlidir.
90 günlük abunə haqqını ödəyib “AX 326 Sazz USB” modemini pulsuz əldə etmək imkanını verən 75 manatlıq paketlə yanaşı, yeni müştərilərə bu dəfə 150 günlük paket də təklif edilir. Qiyməti 125 manat olan həmin paketdə 1 ədəd “AX326 USB” modemi və 30 günlük əlavə internet hədiyyə kimi nəzərdə tutulub. “Sazz İnternet”ə stasionar “Wi-Fi” mərkəzi ilə qoşulmağı üstün tutanlar 139 manatlıq paketi əldə edərək “İX 380” stasionar modem və 60 günlük internetdən istifadə haqqı ilə yanaşı, öz istəklərinə görə iki hədiyyədən birini: 30 günlük əlavə internet haqqını və ya “AX 326 USB” modemini seçə biləcəklər.
Nəhayət, “Yaya Sazzlan!” kampaniyasına simsiz portativ “Wimaxion” modeminin arzusunda olanlar üçün də sərfəli təklif nəzərdə tutulub. Belə ki, “Wimaxion” portativ modemini alıb, 60 günlük abunə haqqını ödəyənlərə də 30 gün əlavə internet vaxtı hədiyyə olunacaq. Bu paketi 169 manata əldə etmək mümkündür. Kampaniyadan “Sazz İnternet”in Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində və bütün “Sazz İnternet” satış nöqtələrində faydalanmaq olar.
Abunə haqqı ödənişlərini bütün “Sazz” ofislərində, eləcə də “www.sazz.az” saytında yerləşdirilmiş “şəxsi kabinet” vasitəsilə “online” həyata keçirmək olar.
Xatırladaq ki, “Sazz İnternet” həmişə olduğu kimi, hər yeni abunəçiyə internet xidmətini 5 gün ərzində 200 meqabaytlıq trafiklə yoxlayıb test etmək imkanını verir. Hazırda “Sazz İnternet” Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Xırdalan şəhərlərində, habelə Abşeron yarımadasının əksər qəsəbələrində xidmət göstərir. Bu yaxınlarda isə “Sazz İnternet”in əhatə dairəsinə 11 rayon mərkəzinin daxil olması planlaşdırılıb.
RƏVAN
31/05/13 Çap et