Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2013-cü ildə noutbuk alanların sayı azalacaq


"Market Intelligence & Consulting Institute" (MIC) analitik şirkəti qlobal kompüter bazarını tədqiq edib. Bura planşet, noutbuk və server seqmentləri daxil olub.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ekspertlərin proqnozuna görə, 2013-cü ildə planşet fərdi kompüterlərinin tədarük həcmi ötən illə müqayisədə 62,2% artaraq 228 milyon olacaq. Bununla belə, 2013-cü ildə noutbuk bazarının həcmi 5,3% azalaraq 182 milyon olacaq.

Server hesablama maşınlarının istehsal həcmi isə 3,5% artaraq 8,8 milyon təşkil edəcək.

Emil Hüseynov




31/05/13    Çap et