Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İrana mobil telefon və leptop idxalına icazə verilib


ABŞ İrana qarşı tətbiq etdiyi sanksiya rejimini zəiflədib. Bundan sonra İran ərazisinə telekommunikasiya rabitəsi üçün mobil telefon və avadanlıq idxal etmək mümkün olacaq.

“ICTnews.az” elektron xəbər xidməti “vestifinance.ru” saytına istinadən bildirir ki, son bir neçə ildə ABŞ İrana qarşı tətbiq etdiyi sanksiya rejimini Tehranın nüvə proqramına görə kəskinləşdirmişdi. Vaşinqtonun bu qərarı iranlılar üçün azad informasiya axınını təmin etmək məqsədini qarşıya qoyub.

Hakimiyyət ümid edir ki, kütləvi informasiya vasitələri, internet və sosial şəbəkələrə geniş açılım siyasi azadlıqlar üçün mübarizə aparan iranlılara və demokratik ruhlu insanlara rəsmi Tehrana qarşı mübarizə aparmaqda kömək edəcək.

“İran xalqı hökumətinin repressiyalarına məruz qalmadan rabitə vasitəsi və informasiyaya açıq giriş imkanına malik olmalıdır” – sanksiyaların ləğvi ilə əlaqədar ABŞ-ın Maliyyə Nazirliyinin rəsmi şərhində
deyilir.

Emil Hüseynov




31/05/13    Çap et