Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda yeni telekanal açılacaq


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatının informasiyalaşdırılmasına dair Fəaliyyət Planının müzakirəsinə həsr olunmuş iclas keçirilib.

AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev bildirib ki, Rəyasət Heyətinin Mərkəzi Aparatının informasiyalaşdırılmasına dair Fəaliyyət Planı çərçivəsində görüləcək işlərin yekunlaşdırılması üçün zəruri tədbirlər həyata keçirilməlidir.

İclasda AMEA RH-nin Mərkəzi Aparatının kompüter avadanlıqlarının və şəbəkə infrastrukturunun yenidən qurulması, RH-nin struktur bölmələrinin fəaliyyətinin İT əsasında yenidən qurulması, elektron sənəd dövriyyəsi sisteminin işlənməsi, www.science.gov.az veb-portalının yenidən qurulması, AMEA-nın korporativ üslubunun yaradılması (loqotip, rəsmi blank, buklet, qapı lövhələri, vizit kartlar və digər atributlar), AMEA-nın "ElmTV" İnternet televiziya kanalının yaradılması, AMEA institut və təşkilatlarının dövri elmi nəşrlərinin analizi, AMEA RH-nin hüquqi təminat şöbəsinin informasiya analitik sisteminin yaradılması məsələləri müzakirə edilib.




31/05/13    Çap et