Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ölkənin internet xidmətləri bazarında vəziyyət necədir?
Azərbaycan internet xidmətləri bazarında ilin əvvəlindən bu günə kimi vəziyyət, demək olar ki, dəyişməyib. "Delta Telecom" şirkətinin saytında yerləşdirilmiş ölkədə fəaliyyət göstərən internet provayderlərin interaktiv qrafikinə əsasən, genişzolaqlı internet xidmətləri bazarında "Bakinternet"in payı 0,5%-dək azalaraq 24,5 % təşkil edib.
Hesabat dövründə, ənənəvi olaraq reytinqdə birinci yerləri tutan "Aztelekom", "Uninet" və "Azeronline" şirkətləri kəskin rəqabəti davam ediblər. Son bir ay ərzində "Aztelekom"un bazar payı 0,5% azalaraq 15,5% təşkil edib, "Uninet"in payı 12,1% olub, "Azeronline"-nın – 8,7%, "Connect"in – 6,14%, "Dataplus"un – 6,12% olub.
Onların ardınca 4,6% bazar payı ilə "Azqtel", 3,02% –"Adanet", 2,6% –"Ultel", 2,4% - "Azstarnet", 1,8% -Smart,1,6% - "Avirtel", 1,6% -"Azeurotel", 1,7% - "Castel", "Azstatenet"-in payı həmişəki kimi 1,39% təşkil edib. Digər provayderlər bazarda çox kiçik paya malikdirlər – 0,01–1,21% ətrafında.
Qeyd edək ki, ötən ilin sonundan etibarən "Orbit.az", "Q-telecom", "Meqatelecom", "Globalnet", "Eurotelecom" kimi yeni şirkətlər işə başlayıblar və onlar bazarın 1% aşağı payına malikdirlər. Ümumilikdə ölkədə hazırda 30-dan çox internet provayder fəaliyyət göstərir.
Aynur Vəliyeva
01/06/13 Çap et