Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sensor panellər bazarında mövsümi artım başlanıb


2013-cü ilin ikinci rübündə sensor panellər bazarında ənənəvi mövsümi artım başlanıb və sözügedən məhsulun tədarükçüləri mobil telefon istehsalçıları tərəfindən sifarişlərin artmasını qeyd ediblər.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Digitimes Research" analitik şirkətinin proqnozuna əsasən, 2013-cü ilin aprel-iyun ayları ərzində qlobal bazara smartfon və digər telefon kateqoriyaları üçün nəzərdə tutulmuş 284 milyon sensor panel tədarük edilə bilər.

Ötən rüblə müqayisədə tədarük həcmi 5,5% artacaq. Həmçinin ekspertlərin proqnozuna əsasən, planşetlər üçün sensor panellərin tədarük həcmi 9,4% artaraq 70,42 milyon olacaq.

Noutbuklar üçün sensor panel seqmentində tədarük həcminin daha çox artacağı gözlənilir. "Digitimes Research"in qiymətləndirməsinə əsasən, 2013-cü ilin ikinci rübündə sensor panellərin tədarük həcmi 4,52 milyon təşkil edəcək ki, bu da birinci rübün göstəricisindən 25% çoxdur.

Emil Hüseynov




01/06/13    Çap et