Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ukraynalıların 9.3% smartfonlardan istifadə edirlər
"LEAD9" mobil marketinq agentliyinin məlumatına əsasən, Ukraynada insanların 9.3%-i smartfonlardan istifadə edir.
"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, 2010-cu illə müqayisədə smartfon istifadəçilərinin sayı 5 dəfə artıb. O zaman bu göstərici təxminən 2% təşkil edirdi. 16-30 yaşlı ukraynalıların 20%-i smartfondan istifadə edir.
Əməliyyat sistemləri arasında "Android" (49%) platforması liderdir, sonrakı yerlərdə "iOS" (9%), "Symbian" (7%) və "Windows Mobile" (2%) qərarlaşıb. Smartfon istifadəçilərinin 45%-i deyib ki, onlar müntəzəm olaraq mobil tətbiq yükləyir və istifadə edirlər.
Emil Hüseynov
01/06/13 Çap et