Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Beynəlxalq Parlament Təqaüd Proqramı”na qəbulda bu il ilk dəfə elektron qaydadan istifadə ediləcək


“Beynəlxalq Parlament Təqaüd Proqramı”na (İPS) qəbulda bu il ilk dəfə elektron qaydadan istifadə ediləcək. Belə ki, İPS üçün tələb edilən sənədlər birinci dəfə olaraq, yalnız elektron formada “pr-100@baku.auswaertiges-amt.de” elektron ünvanına göndərilməlidir. 

“ICTnews” elektron xəbər xidmətinə Təhsil Nazirliyindən bildirilib ki, 2008-ci ildən Azərbaycan Respublikasının Milli Məclisinin sədri Oqtay Əsədovun təşəbbüsü ilə başlayan və Almaniya Bundestaqı prezidenti N.Lammertin himayəsi altında həyata keçirilən “Beynəlxalq Parlament Təqaüd Proqramı”nda (İPS) hər il Azərbaycandan beş tələbə iştirak edir.

Bu proqram dünyanın gənc adamlarına parlament sistemi ilə nəzəriyyə və təcrübə çərçivəsində tanış olma imkanı yaradır. 2014-cü il üzrə “Beynəlxalq Parlament Təqaüd Proqramı”nda növbəti dəfə Azərbaycan tələbələrinə beş yer ayrılıb. Proqram 2014-cü il 1 mart -31 iyul tarixlərində həyata keçiriləcək.

Tədbirdə ali təhsilli, alman dilini yaxşı bilən, təqaüd başlayan zaman yaşı 30-a qədər olan Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Ərizələr 2013-cü il 30 iyun tarixinə qədər Almaniyanın Bakıdakı səfirliyinə təqdim olunmalıdır.

Həqiqət İSABALAYEVA




03/06/13    Çap et