Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kamran İmanov: «Rəqəmli şəbəkədə hüquqların idarə edilməsi sahəsində də problemlər var»


Yaxın günlərdə Azərbaycanda əqli mülkiyyətin təminatı və piratçılığa qarşı işlər görüləcək. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov danışıb.

O bildirib ki, ölkəmizdə «Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında» qanun qəbul olunub. Qanunun tətbiqinə dair ölkə başçısı müəyyən tapşırıqlar verib və yaxın zamanda bu sahədə işlərin həyata keçirilməsinə başlanılacaq. Agentlik sədri əlavə edib ki, hazırda dünyada, o cümlədən Azərbaycanda virtual məkanda hüquqların müdafiəsi sahəsində böyük problemlər var. Onun sözlərinə görə, rəqəmli şəbəkədə hüquqların idarə edilməsi sahəsində də problemlər var:

«Bununla bağlı Müəllif Hüquqları Agentliyi Avropa İttifaqının doqquz dövlətilə birlikdə bir layihə hazırlayıb. Bu layihədə rəqəmli hüquqlar və onların bazası yaradılıb. Hüquqların internetdə monitorinqi birbaşa lisenziyalaşdırılıb və bir pəncərədən idarə edilməsi nəzərdə tutulub. Bunların hamısı qanun tərəfindən legitimləşdirilib, biz tərəfdən isə ölkə rəhbərinin tapşırığı əsasında hazırlanıb həyata keçiriləcək. Hazırda biz bir neçə normativ-hüquqi aktın Nazirlər Kabineti tərəfindən təsdiqlənməsini gözləyirik».

SEYMUR




03/06/13    Çap et