Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Anonymous" haker qrupu türk qurumlarının saytlarına müdaxilə ediblər


"Anonymous" haker qrupu bu gün Türkiyə prezidentinin saytına müdaxilə edib. "ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, hazırda həmçinin baş nazirin rəsmi veb-səhifəsi, həmçinin bir sıra hökumət qurumlarının saytları əlçatmazdır.

"Anonymous" haker qrupunun hücumu nəticəsində sıradan çıxarılmış türk saytlarının sayı son saatlarda artmaqdadır. Qeyd edək ki, İstanbulda etirazlara təxminən bir həftə öncə başlanılıb.

Nümayişçilərin məqsədi Gezi parkında (Taksimdə yeganə "yaşıl ada") ağacların kəsilməsinin qarşısını almaqdır.

Emil Hüseynov




03/06/13    Çap et