Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tanınmış şəxslərin istifadəçi hesablarının təhlükəsizliyi ikiqat gücləndirilib


“LinkedIn” sosial şəbəkəsi istifadəçi hesablarının təhlükəsizliyinin təmini üçün əlavə xidmətlər reallaşdırmağa çalışan internet şirkətlərinin cərgəsinə qoşulub.

Cümə günü verilmiş məlumata əsasən, artıq sözügedən sosial şəbəkənin 225 milyon istifadəçisi ikipilləli identifikasiya sistemindən istifadə edə bilər. “ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, şirkətin məlumatına əsasən, istifadəçi yeni identifikasiya sistemindən istifadə edib-etməyəcəyini özü təyin edir. İkipilləli identifikasiya texnologiyasının aktivləşdirilməsi zamanı əvvəlcədən göstərilmiş mobil telefon nömrəsinə rəqəmli kodu göndərilir və o, parola əlavə olaraq daxil edilir.

Bu cür yanaşma istifadəçi hesablarının təhlükəsizlik sistemini xeyli dərəcədə gücləndirməlidir.

Emil Hüseynov




03/06/13    Çap et