Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti “WWDC” konfransında yeni “MacBook Pro” və “Air” noutbuklarını təqdim edəcək


Bu il iyunun 10-da "Apple WWDC 2013" illik konfransı öz işinə başlayır. Ekspertlər hesab edir ki, yenilənmiş "alma" şirkəti "Mac OS X" və "iOS"-dan başqa "Intel Haswell" mikroprosessorları ilə işləyən yeni "MacBook Pro" və "MacBook Air" noutbuklarını təqdim edəcək.

"ICTnews.az" elektron xəbər xidməti "cyberscurity.ru" saytına istinadən bildirir ki, "Intel" korporasiyası sözügedən çipləri sabah Tayvanda keçiriləcək "Computex" kompüter konfransında təqdim edəcək.

Emil Hüseynov




03/06/13    Çap et