Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Acer” ilk planşetofonu təqdim edib


“Acer” şirkəti Tayvanda start götürmüş “Computex 2013” sərgisində “Liquid S1” adlanan ilk planşetofonunu təqdim edib. Sözügedən model 1280×720 piksel təsvir ölçülü 5,7 düymlü ekran və 1,5 QHs takt tezlikli dördnüvəli “Mediatek” çipi ilə təchiz edilib.

Cihaz 1 QB əməli və 8 QB daxili yaddaşla təchiz edilib, “microSD” slotu var. “ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Acer Liquid S1” modeli “BSI” sensoru ilə təchiz edilmiş 8 meqapiksellik əsas kamera, “Wi-Fi” və “Bluetooth 4.0” modulları, 2400 milliamper/saat həcmində akkumulyatorla təchiz edilib.

Qurğunun ölçüləri 163×83×9,5 millimetr, çəkisi 195 qramdır. 330 avro dəyərində planşetofonun satışlarına üçüncü rübdə başlanacaq.

Emil Hüseynov




03/06/13    Çap et