Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazir Əli Abbasov: “Azərbaycanın Dünya İqtisadi Forumunun hesabatında tutduğu mövqe internetin inkişaf göstəricisidir”
Azərbaycan internetin əlçatımlığına görə Dünya İqtisadi Forumunun (WEF) İnformasiya texnologiyalarının inkişafı üzrə hesabatında 20-ci yerdə qərarlaşıb. Azərbaycanın Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun jurnalistlərə verdiyi məlumata əsasən, qeyd edilən hesabatda ölkə MDB məkanında aparıcı mövqeyini qoruyub saxlayıb.
"Azərbaycanın "WEF" hesabatında 20-ci yeri tutması ölkədə internetin inkişafının göstəricisidir. Bu göstərici iki indikatorla müəyyən edilir, internetin qiyməti və keyfiyyəti göstəriciləri üzrə",- deyə nazir bildirib.
Qeyd edək ki, hazırda ölkədə genişzolaqlı internetin orta qiyməti 10-20 manat təşkil edir və bu sahədə həyata keçirilən tədbirlər, o cümlədən "Genişzolaqlı internetin inkişafı" layihəsinin reallaşdırılması nəticəsində internetin sürətinin və keyfiyyətinin yaxın üç il ərzində daha da yaxşılaşdırılması və inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırılması gözlənilir.
Aynur Vəliyeva
03/06/13 Çap et