Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda ilin sonuna kimi analoq yayımın dayandırılması üzrə işlər başa çatacaq
Azərbaycanda bu ilin sonuna kimi televiziya kanallarının analoq yayımının dayandırılması üzrə işlər başa çatacaq. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun verdiyi məlumata əsasən, hazırda ölkədə rəqəmli yayıma keçidlə bağlı tədbirlər sürətlə həyata keçirilir.
“Bu ilin sonuna kimi Azərbaycanda televiziya kanallarının analoq yayımının dayandırılması ilə bağlı işlər tam başa çatacaq və gələn ildən etibarən ölkə rəqəmli yayıma keçəcək”, - deyə nazir bildirib.
Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqı dünya üzrə analoq yayımın dayandırılması üzrə işlərin 2015-ci ilədək başa çatdırılmasını tövsiyə edib. Azərbaycanda bu istiqamətdə işlər bir neçə ildir ki aparılır və artıq əhalinin 87%-i açıq tipli sosial rəqəmli yayım paketlərindən istifadə edir.
Aynur Vəliyeva
03/06/13 Çap et