Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hansı əməliyyat sistemi populyardır?


“Net Applications” tədqiqat şirkətinin hesablamasına görə, 2013-cü ilin mayında “Windows 8” əməliyyat sisteminin (ƏS) payı 0,43% artaraq 4,27% olub. “Vista” ƏS-i isə əksinə, 0,43% itirib və hazırda onun bazar payı 4,51% təşkil edir.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlərin proqnozuna əsasən, “Vista” ƏS-nin payı azalacaq, “Windows 8”-in payı isə artmağa davam edəcək. “Windows 7” ƏS-i 44.85% göstərici ilə liderdir.

“Windows XP” ƏS-nin bazar payı 37,74%-dir. “Net Applications” tədqiqat şirkətinin mart ayına olan məlumatına əsasən, “Windows” ƏS-i ailəsi qlobal kompüter platformaları bazarının 91,67%-nə nəzarət edir.

Emil Hüseynov




03/06/13    Çap et