Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Brauzer bazarının lideri məlum oldu


"Net Applications" tədqiqat şirkətinin məlumatına əsasən, aprel-may ayları ərzində "Internet Explorer" (IE) brauzerinin payı 0.18% artaraq 60% olub. "Firefox" brauzerinin payı cüzi artara 20,63% olub. "Chrome" brauzerinin payı 0,61% azalıb və hazırda onun payı 15,74%-dir.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "StatCounter" analitik şirkətinin məlumatına görə, 41,38% bazar payına malik "Chrome" may ayında ən populyar brauzer olub. "IE" (27.72%) ikinci, "Firefox" (19,76%) brauzeri isə üçüncü yerdə qərarlaşıb.

Emil Hüseynov




03/06/13    Çap et