Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir: “Ölkədəki mobil rabitə stansiyaları insan orqanizminə ziyan verə biləcək səviyyə üzrə qəbul edilmiş normaları aşmır”


Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi telekommunikasiya stansiyalarının ətrafında elektromaqnit şüalanmanın səviyyəsini nəzarətdə saxlayır.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, nazirlik mütəmadi olaraq telekommunikasiya stansiyalarının ətrafında elektromaqnit şüalanmanın səviyyəsini yoxlayır. “Nadir hallarda olur ki, bu stansiyaların ətrafında şüalanmanın səviyyəsi qəbul edilmiş standartların normalarını aşsın və bu halda biz müvafiq tədbirlər görürük.

Demək olar, 99% hallarda həmin stansiyalar, dünyada elmin müəyyən etdiyi insan orqanizminə və təbiətə ziyanlı təsir göstərmir. Düzdür, bu sahə çox yenidir və bir sıra ölkələrdə qeyd edilən sahədə qapalı tədqiqatlar aparılır və gələcəkdə, ola bilsin, bu öz təsirini göstərəcək, lakin bu gün, mobil rabitə stansiyaları insan orqanizminə ziyan verə biləcək səviyyə üzrə qəbul edilmiş normaları aşmır”,- deyə nazir bildirib.

Aynur Vəliyeva




04/06/13    Çap et